Qarabağ
Paşinyanın qapalı toplantısı: Azərbaycanla müqavilə imzalanacaq
Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Publika.az xəbər verir ki, iclasda konkret nələrin müzakirə edildiyi açıqlanmır.
Lakin Ermənistan mediası Təhlükəsizlik Şurasında Paşinyanın ötən həftənin sonunda rəhbəri olduğu “Mülki müqavilə” fraksiyası ilə qapalı toplantısının gündəmini müzakirə etdiyini yazır.
Ötən həftənin sonunda Nikol Paşinyanın parlamentdə partiyasının deputatları ilə qapalı müzakirə keçirdiyi deyilirdi. Hətta erməni mediası Paşinyanın parlament binasından qışqıra-qışqıra danışdığını, səsinin dəhlizlərdən eşidildiyini də yazmışdı.
Məlumatlara görə, Paşinyanın parlamentdəki toplantısında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə olunub.
“Paşinyan deputatlarına delimitasiya-demarkasiyası prosesi başa çatdıqdan sonra dövlətlərarası sənədin parlamentdə təsdiq edilməsinin vacibliyini bildirirdi. Yəni hər kəs müqavilələrin imzalanmasında məsuliyyəti bölüşdürməlidir. Toplantıda həmçinin, Soçi razılaşnmalarına əməl edilməsi, Azərbaycanın irəli sürdüyü dəhliz məsələsi də müzakirə olunub. Əldə etdiyimiz məlumata görə, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı müqavilənin parlamentdə ratifikasiya edilməsi tələbi Paşinyanın qarşısına Putin tərəfindən qoyulub. Delimitasiya və demarkasiya prosesi ən qısa müddətdə - 6 ay müddətində həyata keçirilməsi planlaşdırılır”, - “Hraparak” qəzeti yazır.
Məlumata görə, Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında da eyni məsələləri müzakirə edib. Toplantıda TŞ-nin üzvləri ilə yanaşı, parlamentin spikeri və vitse-spikerinin, eləcə də parlamentin xarici əlaqələr və təhlükəsizlik komitələri rəhbərlərinin iştirak etməsi də bu məlumatın doğruluğu ehtimalını gücləndirir.
Asif
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu