Azərbaycan əməliyyatlara bu halda başlayacaq - Politoloq
Bizi izləyin

Qarabağ

Azərbaycan əməliyyatlara bu halda başlayacaq - Politoloq

"44 günlük müharibə dövründə Rusiya Ermənistana dəstək verirdi. Rusların indi də Qarabağda olan separatçılara hərbi yardım göndərməsi təəccüblü deyil. Azərbaycan bunlara hazır olmalı və qarşısını almaq üçün xüsusi addımlar atmalıdır".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ermənilər Rusiyanın əlində bölgəni qarışdırmaq üçün alətəçevrilib:

"Onlar revanşist ermənilərin əli ilə müxtəlif təxribatlar həyata keçirir. Sülhməramlılar dəfələrlə neytral mövqe sərgiləyəcyini söyləsə də, bunun əksini edir. Belə hərəkətlər Rusiya siyasətində artıq normaya çevrilib. Bütün olanlar bir daha onu göstərir ki, məsələlərin həlli antiterror əməliyyatından keçir".

Q.Hüseynli vurğulayıb ki, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirməsə, Azərbaycan ordusu məsələni özü həll edəcək:

"Azərbaycan bu məsələ ilə bağlı Rusiya tərəfini dəfələrlə məlumatlandırıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 6 aylıq fəaliyyətinə həsr edilmiş müşavirədə bu məsələləri xüsusi sərtliklə dilə gətirdi. Qarabağda ordumuzun hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Yeni dağ komando hissələrinin hazırlanması və dislokasiya edilməsi prosesi intensiv həyata keçirilir. Ən başlıcası isə Azərbaycan Rusiya və Ermənistana da öz xəbərdarlığını edib. Bu xəbərdarlıq ondan ibarətdir ki, 10 noyabr sazişinə əməl olunmadığı təqdirdə ordumuz məcburetmə əməliyyatlarına başlayacaq. Azərbaycan Silahlı Qüvvələri bunu etməyə tam qadirdir. Ölkə rəhbərliyi son zamanlar dünyada gedən prosesləri çox yaxından izləyir. Yaxın zamanda Azərbaycan tərəfindən bu məsələnin həlli yolunda addımların atılmasını görəcəyik".

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm