Qarabağ
“Qisas” əməliyyatı davam edəcəkmi?

“Qisas” əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələnib. Müdafiə Nazirliyinin rəsmi məlumatında nəzarətə götürülən ərazilərdə mühəndislik işlərinin aparılmasına dair qeydi isə əməliyyatın dayandırıldığını deməyə əsas verir.
Lakin əməliyyatın davam edə biləcəyi də istisna deyil. Rəsmi məlumatda qeyd olunan “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür” sözləri bu gözləntini artırır və bəlli olur ki, Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunların çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərkisilah edilməsini də tələb edir.
Əməliyyatın dayandırılması və Müdafiə Nazirliyinin açıqlaması Rusiya sülhməramlılarının iki məsələnin cari dövrdə icrası ilə bağlı öhdəlik götürdüyü ehtimalını önə çıxarır:
- 4-cü bəndin icrası – erməni qoşunların çıxarılması;
- Laçın dəhlizinin yeni marşruta köçürülməsi;
Hər iki məsələnin avqustun sonuna qədər icrasına dair razılaşmanın olması mümkündür. Erməni mediasının “sülhməramlılarla aparılan danışıqlarda sentyabrın 1-nə qədər Laçın dəhlizinin yeni marşruta köçürülməsi razılaşdırılıb” məlumatı da bu kontekstdə diqqət çəkir.
Bu iki məsələyə nail olan kimi separatçıların tərkisilah edilməsi də aktuallaşacaq.
Əməliyyatın başa çatmadığı, müvvəqəti dayandırıldığı və hadisələrin tələblərin icrası prosesinə uyğun cərəyan edəcəyi bəllidir.
Asif Nərimanlı

-
Cənubi Qafqaz07:47
Ermənistan Gürcüstandan xahiş edib ki, Rusiyaya... - Nazir AÇIQLADI
-
Dünya03:30
ÜST meymununçiçəyinin iki variantının adını dəyişdi: səbəb nədir?
-
MDB02:42
İranın ölümlə hədələdiyi yazıçı ABŞ-da BIÇAQLANDI
-
MDB02:12
Trampın əmlakına dair axtarış qərarı və inventarı dərc edildi
-
Elm və təhsil01:21
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nigaranlıq və gərginlik yarana bilər
-
ABŞ00:00
Tramp FTB-ni QINADI: "Könüllü təqdim edə bilərdim"
-
İdman12 Avqust 23:31
Ronaldu "Qızıl top"a namizəd oldu, Messi isə...