Baqdasaryan: Daşnaklar real təhlükəyə çevrilib
Bizi izləyin

Qarabağ

Baqdasaryan: Daşnaklar real təhlükəyə çevrilib

Tanınmış erməni jurnalist Roman Baqdasaryan Teleqram kanalındakı abunəçilərinin diqqətini daşnakların Ermənistan üçün daşıdığı təhlükəyə yönəldib.

Publika.az bildirir ki, Baqdasaryan sensasion bəyanatla çıxış edərək “Daşnaklar İrəvanın mərkəzindəki muzeylərdə orgiyalar təşkil edirlər” - deyib.

"Daşnaklar artıq real təhlükəyə çevriliblər. Onlar parlamenti dağıdır, Gümrüdə qocaları, İrəvanda polis məmurlarını döyürlər, Erebuni Muzeyində isə orgiyalar təşkil edirlər. İndi isə biznesmen Kokobelyanın atasını oğurlayıblar”, - o qeyd edib.

Son məlumata görə, erməni eks-deputatın atasının oğurlanması faktına görə Daşnak Partiyasının üzvü Suren Manukyan saxlanılıb.

Əli Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm