Laçın dəhlizi tam bağlandı – separatçılar çətin vəziyyətdə
Bizi izləyin

Qarabağ

Laçın dəhlizi tam bağlandı – separatçılar çətin vəziyyətdə

Bu gündən - 30 avqust tarixindən ermənilərin Laçın dəhlizindən istifadəsi tamamilə dayandırılır.

Publika.az xəbər verir ki, Laçın şəhəri və keçmiş dəhliz üzərində yerləşən ərazilər Azərbaycana təhvil verildikdən sonra Qarabağdakı etnik ermənilərin Ermənistana getməsi üçün köhnə yoldan istifadəsinə bir həftə icazə verilmişdi. Buna səbəb yeni yolda son tamamlanma işlərinin yekunlaşdırılması idi.

Artıq işlər yekunlaşıb, bu gündən etibarən köhnə dəhlizdən istifadə dayandırılır. Separatçı-terrorçuların qondarma “başçısı” Araik Arutyunyan da avqustun 30-dan yeni yoldan istifadə ediləcəyini deyib.

Keçmiş dəhlizin tamamilə bağlanması separatçı-terrorçu rejimin bir sıra kommunikasiya xətlərindən – elektrik, qaz, internet və s. - böyük ölçüdə məhrum olması ilə nəticələnəcək. Xüsusilə qaz təchizatında ciddi çətinliklər olacağı gözlənilir.

Bu vəziyyət Bakının Qarabağ iqtisadi rayonu üzərindəki təsir imkanlarını daha da artıracaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm