"Onlar Qərbi Zəngəzura qayıdışımıza yol açan ƏSL QƏHRƏMANLARDIR" - Ekspert
Bizi izləyin

Qarabağ

"Onlar Qərbi Zəngəzura qayıdışımıza yol açan ƏSL QƏHRƏMANLARDIR" - Ekspert

"Azərbaycan Ordusu Vətən Müharibəsində Ermənistanı məğlub etdi. Lakin erməni təxribatları bitmirsə, biz cavab vermək məcburiyyətində qalırıq. Son olay da ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirilən təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha nümayiş etdirdi".

Publika.az bildirir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev mediaya açıqlamasında bildirib. O, son vatlar Ermənistanın ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara və hücuma hazırlaşmasının sirr olmadığını qeyd edib:

"Bunu Paşinyan da son dəfə parlamentdəki çıxışında “Hamı bilirdi ki, müharibə olacaq” bəyanatı ilə təsdiqlədi. Həm Qarabağda, həm də sərhəddə artan təxribatlara Azərbaycan Ordusu məhz Ermənəstanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyatla cavab verməklə mənfur düşmənin bütün bu planları alt-üst etdi. Bu döyüşlərdə Azərbaycan Ordusu və DSX-nin 50 şəhid verməsi geniş müzakirələrə səbəb oldu. Daha çox sosial şəbəklərdə itkilərimizin çox olmasına dair səslənən fikirlərə münasibət bildirmək istəyirəm. Təbii ki, 1 nəfərin belə şəhid olması bizim üçün çoxdur. Amma itkisiz döyüş və əks hücum resepti hələ mövcud deyil".

Ekspert son döyüşdə şəhid olan zabit və əsgərlərimizlə bağlı bunları söyləyib:

"Şəhidlərimiz tək ailəsinə, tək nəslinə aid deyil, onlar artıq 50 milyonluq xalqımızın övladlarıdır. Azərbaycanımızın mövcud olduğu müddətdə şəhidlərimiz əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Bizim üçün hər bir şəhid Vətən və Qələbə rəmzidir. Şəhidlərimizn hər biri, xüsusilə də son 50 şəhidimizin hər biri tarixi ərazilərimiz olan Qərbi Zəngəzura qayıdışımızı təmin edən əsl qəhrəmanlardır. İstənilən döyüş canlı qüvvə, hərbi infrastruktur və texniki vasitələrin itkiləri ilə müşaiyət olunur. Düzənlik ərazidə müdafiə olunan tərəfin itkiləri isə hücum edən tərəfdən adətən üç dəfə çox olur. Dağlıq ərazilərdə bu itki 5 dəfəyə qədər arta bilər. Son iki cümlənin hər biri hərfi döyüş meydanın həlak olan əsgərlərin qanı ilə yazılıb. Odur ki, hər birimiz Azərbaycanımız, Şəhidlərimiz və bənzər həssas mövzularda fikir bildirəndə daha diqqətli olmalıyıq. Heç kim şəhid yaxınlarını üzməməli, qəhrəmanlarımızın əldə etdiyi Qələbənin miqyasını kiçiltməli deyil. Onların hər biri başımızın tacıdır, onların sayəsində biz qalib xalqa çevrilmişik və bu gün tarixi torpaqlarımızda düşməni ağır itkilərə məruz qoymuşuq. Bunu heç birimiz unutmalı deyilik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm