Ağalıda tikilən oteldən xəbər var - ÖZƏL
Bizi izləyin

Qarabağ

Ağalıda tikilən oteldən xəbər var - ÖZƏL

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində tikilən otelin tikintisi tezliklə yekunlaşacaq.

Bu barədə Publika.az-a Ağalı kənd sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, otel zirzəmisi ilə birlikdə 4 mərtəbə olacaq.

Kənd sakini Vəliyəddin Paşayev isə bildirib ki, hazırda otelin sonuncu mərtəbəsi tikilməkdədir:

"Otelin hələ adı yoxdur. Çünki tikintisi başa çatmayıb. İndi üçüncü mərtəbənin tikintisi tamamlanmaq üzrədir. Çox güman ki, yaxın bir neçə ay ərzində otelin tikintisi tam şəkildə başa çatdırılacaq".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm