Qarabağ
Xankəndində Putinə ad günü "tədbirini" o təşkil edib - FOTO

Dünən erməni separatçılar Xankəndi yaxınlığındakı təpədə üzərində Rusiya prezidentinin təsviri olan kətanı açaraq Vladimir Putini doğum günü münasibətilə təbrik ediblər. Amma müxtəlif erməni mənbələri həmin aksiyanın Qarabağdakı yerli ermənilər tərəfindən təşkil olunmadığını bildirilərək buna etiraz nümayiş etdirib.
Publika.az bildirir ki, mövzu ilə bağlı araşdırma aparan "moderator.az" saytı belə bir tədbirin konkret kim tərəfindən təşkil olunduğunu aydınlaşdırııb.
Erməni "@reartsakh" teleqram-kanalının yaydığı məlumata görə, Xankəndində fəaliyyət göstərən politoloq Tiqran Qriqoryanın fikrincə, bu şou-tamaşa yeni yaranmış rusiyayönlü təşkilat olan Qarabağ Kazakları tərəfindən təşkil olunub.
T.Qriqoryan Ermənistanda da 1999-cu ildən “Ermənistan-Rusiya kazak ittifaqı” adlı qeyri-hökumət təşkilatı olduğunu xatırladıb.
Araşdırma zamanı o da məlum olub ki, sözügedən üzdəniraq qurumun rəhbəri Qarabağda doğulmuş 59 yaşlı keçmiş sovet zabiti Arutyunyan Armen Qrişayeviçdir. Həmin Arutyunyan bu ilin avqustunda Laçın şəhəri, Zabux və Sus kəndlərinin rəsmən Azərbaycana təhvil verilməsinə əngəl olmaq xahişilə V.Putinə müraciət edibmiş…



-
Rəsmi xronika12:02
İlham Əliyev Ursula fon der Lyayen ilə görüşdü
-
MDB11:12
Administrasiyada çaxnaşma: Heç kim heç nə bilmir - Kiyevdə nə baş verir?
-
Hadisə11:10
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
-
Sağlamlıq10:54
Qurd yox, qadın ürəyinə sahib olun: Onlarla kişilər arasında elə bir fərq tapıldı ki....
-
Dünya09:42
Sabiq FTB direktorunun bu paylaşımı ABŞ-ı qarışdırdı: Trampa sui-qəsd çağırışı? - FOTO
-
İdman06:46
Messini ağır cəzadan görün kim xilas edib - FOTO
-
Magazin206:16
Hande Erçel uzun yarıqlı libasda GÖZ QAMAŞDIRDI - FOTO
-
Magazin204:14
Məşhur müğənni Britaniyada həbs edildi - FOTO