Azərbaycan Ermənistanı Xankəndi və Xocalıdan çıxaracaq... - DETALLAR
Bizi izləyin

Qarabağ

Azərbaycan Ermənistanı Xankəndi və Xocalıdan çıxaracaq... - DETALLAR

“Ermənistan nə Qərb, nə Rusiyanın vasitəçiliyi ilə “arsax”ın “müstəqilliyinin” tanınmasına nail ola bilmədi. Eyni məsələ ilə bağlı bir-birini tamamlayan iki proses gedir, həm Qərb, həm Rusiya Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edirlər. Praqa prosesi Qarabağda Azərbayanın tam hakimiyyətini tanıyacaq. Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə sülh sənədini imzalamalıdır”, - məlumatda deyilir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, sülh sənədinin imzalanması ilə Ermənistan rəsmi şəkildə Qarabağdan çıxacaq: “Ermənistan heç bir şəkildə Qarabağın işlərinə qarışmamaq öhdəliyi götürəcək. Bura “arsax vətəndaşlarının” Ermənistan vətəndaşlığından məhrum edilməsi və maliyyələşmənin dayanması da daxildir. Ermənistan xeyriyyə və sosial xarakterli layihələrdə iştirak edə bilər, misal üçün, uşaq bağçasının divarının suvanması və rənglənməsi kimi işlərdə. Digər məsələlər – hansısa siyasi, yaxud maliyyə dəstəyi separatizm və terrorizmi himayə etmək, maliyyələşdirmək kimi qiymətləndiriləcək. Qarabağdakı erməni əhalisinin seçimi olacaq: ya Azərbaycan vətəndaşlığını qəbul edərək, orada yaşamağa davam edəcəklər, ya da Ermənistan vətəndaşlığını qəbul edib, tərk edəcəklər. Əldə etdiyimiz məlumata görə, erməni əhalisinə müəyyən mədəni muxtariyyətin verilməsi məsələləri də müzakirə mövzusudur, lakin Azərbaycan muxtariyyətin istənilən növünə qarşı çıxır. Mümkündür ki, Azərbaycan prosesi tam həyata keçirmək üçün Xankəndindəki ermənilərə “mədəni muxtariyyətə” razılıq verər, lakin bunun yalnız kağız üzərində qalacağı da bəllidir. Bəzi yaşayış məntəqələri isə müqavilə imzalanandan bir neçə saat sonra boşaldılacaq. Bu, ilk növbədə Xocalıya aiddir. Əliyev üçün Xocalıya girmək Şuşa və ya Laçın qədər əhəmiyyətlidir. Məhz bu sazişin imzalanacağına görə Əliyev Soçidə elan etdi ki, Qarabağ məsələsi artıq yoxdur, həll olunub, bu məsələ müzakirə edilə bilməz”.

Nəşr qeyd edir ki, müqavilənin imzalanmasından və erməni əhalisinin bir hissəsinin getməsindən sonra Rusiya sülhməramlılarının orada olması da mənasızlşacaq.

“Azərbaycan bəyan edəcək ki, bu insanlar onun vətəndaşıdır və onların hüquqlarını, təhlükəsizliyini təmin etməyə qadirdir. Bundan sonra Qarabağı Ermənistana birlşdirən dəhlizə də ehtiyac olmayacaq. Nikol Paşinyan çoxdan Qərb variantı ilə razılaşıb, lakin Soçiyə getməklə göstərdi ki, Rusiya və Putin “arsax”ı qorumaq iqtidarında deyil, mən təkbaşına bunu necə edim?! O, “ən azı 29 min kvadrat kilometr ərazini təkbaşına qoruyub saxladım” deyəcək”, - nəşr yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm