Qarabağ
Xankəndidə xaos... – Qarabağda nə baş verir?

Qarabağda Azərbaycan ordusuna qarşı təxribat hücumlarını genişləndirən separatçı-terrorçu rejimin daxilində böhran yaşanır.
Publika.az xəbər verir ki, separatçı rejimin qondarma “nazirlərindən” doqquzu vəzifəsindən çıxarılıb. Onlardan dördü qondarma “deputat” təyin edilib, digər “nazir yerləri” boş qalıb.
Boş qalan yerlərə kimlərin namizəd olduğu bəlli deyil. Məlumatlara görə, bu məsələ Araik Arutyunyan-Ruben Vardanyan formatında müzakirə olunur. Ən böyük intriqa qondarma “xarici işlər naziri” postu ətrafında baş verir. Əvvəlcə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bu “posta” təyinatı haqda xəbərlər yayıldı. Lakin erməni mediası mənbələrə istinadən bunun yalan olduğu haqda məlumat yaydılar.
Daha sonra Ermənistanın keçmiş naziri Ara Ayvazyanın adı çəkildi və iddia olundu ki, Araik Arutyunyan Oskanyan və Ayvazyana qondarma “xarici işlər naziri” vəzifəsini təklif edib. Separatçı rejim bu xəbəri təkzib etdi.
İndi qondarma posta təyinatla bağlı daha bir şəxsin adı çəkilir. Bu, separatçı rejimdə əvvəl “xarici işlər naziri” olmuş Masis Mailyandır. Mailyanın bu yaxınlarda Rusiyanın Ermənistandakı səfiri ilə fotosu dərc olundu. Bu foto onun qondarma posta gətiriləcəyi gözləntilərini daha da artırıb.
Hazırda Xankəndidə ciddi qarışıqlıq yaşanır.
Asif

-
İdman00:00
Millimizin voleybolçusu: "Zəlzələ uzun müddət davam etdi, çox qorxduq"
-
MDB6 Fevral 23:48
Rusiya xilasediciləri Türkiyəyə göndərildi - Nazir müavini RƏHBƏRLİK EDİR
-
İdman6 Fevral 22:07
Məşqçi və ailəsi dağıntılar altından çıxarıldı
-
Dəb6 Fevral 22:00
Ulduzlar dəbdəbəli ziyafət libaslarında - FOTO
-
Dəb6 Fevral 20:40
53 yaşlı Cennifer Lopez geyimi ilə göz qamaşdırdı - FOTO
-
Region6 Fevral 19:48
Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çökdü - VİDEO
-
Nida Xəbər 6 Fevral 19:36
Baş nazirdən MÜHÜM QƏRAR: martın 1-dən etibarən...
-
Region6 Fevral 19:12
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı bacılar XİLAS EDİLDİ