Qarabağ
Sülhməramlıları Qarabağdan çıxarmaq üçün nə etməliyik? - Video

“Parlament səviyyəsində Qarabağda olduqları 2 il müddətində öhdəliklərin əməl etməyən rus sülhməramlılarının oradan çıxarılması tələbinin səslənməsi sevindirici haldır”.
Bu barədə Publika.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı Milli Məclisin dünən keçirilən iclasında Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinin tənqid edilməsinə münasibət bildirərkən deyib.
C.Abbaslı xatırladıb ki, təxminən 20 gün öncə Ali Baş Komandan İlham Əliyev açıq şəkildə Rusiya sülhməramlılarının Qarabağda bəlli müddətə yerləşdirildiyini bildirdi: “Bu müddətin bitiminə isə 3 il qalır. Fikrimcə, qarşıdakı 3 il ərzində illər ərzində tez-tez sülhməramlıların müddətinin nə qədər qaldığını gündəmdə saxlamalıyıq. Bu çox vacib məqamdır. Əks halda ermənilər sığındıqları Rusiya sülhməramlılarının müddətinin uzadılması üçün dəridən-qabıqdan çıxacaqlar. Onlar da yaxşı bilirlər ki, həmin qüvvələrin Qarabağdan çıxarılmaları Xankəndi də daxil bütün problemlərimizin aradan qaldırılmasına yol açacaq. Artıq Moskva tərəfindən hərəkətlənmə də müşahidə olunur. Tez-tez Ermənistan-Azərbaycan münasibətlərinin tam şəkildə düzəlməsini guya istəyirlər. Burada isə səmiyyət özünü heç bir halda göstərmir”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan əraziləri haqda qondarma toponimlərdən istifadə edən, “Dağlıq Qarabağ vilayəti” ifadəsindən əl çəkməyən Rusiyadan səmimiyyət gözləmək mümkün deyil.
“Biz indidən 5 ilin bitməsinə 6 ay qalana hazırlaşmalıyıq, həmin zaman çatanda öz haqlı tələbimizi, yəni rusların Qarabağdan çıxma tələbini irəli sürməliyik. Ermənilər, ruslar nə qədər çabalasalar da, burada əsas söz hüququ Azərbaycana məxsusdur”, - o qeyd edib.

-
Kriminal20:12
"Nərmin işində" ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM
-
Sosial19:55
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ