Qarabağ
14 ölkənin kəşfiyyatı Qarabağa gəlib - ŞƏRH

Rusiya sülhməramlılarının Qarabağa 14 xarici ölkənin vətəndaşının keçidini təmin etdiyi haqda məlumatlar yayılıb.
10 noyabr razılaşmasından sonra verilən açıqlamalardan belə nəticəyə gəlmək olurdu ki, Ermənistan və Rusiya vətəndaşlarının Qarabağa girişinə müəyyən qədər şərait yaradılması razılığı olub, lakin bu daha çox humanitar məqsədli səfərlərə aiddir. Digər ölkə vətəndaşları mütləq şəkildə Bakıdan icazə almalıdır.
İlk gündən sülhməramlılar buna əməl etmədilər. Zaman-zaman təkcə Rusiya və Ermənistandan yox, digər ölkələrdən də müxtəlif adlar altında Azərbaycan ərazisinə qanunsuz səfərlərə şərait yaradıldı. İctimaiyyətin bildiyi ölkələr arasında Fransa xüsusilə seçilir, bu ölkənin sonuncu prezident seçkilərində Xankəndində təbliğat kampaniyası aparan namizədləri də var idi.
Lakin indi 14 ölkədən gələnlərin olduğu və bunların xüsusi xidmət orqanlarının əməkdaşları, yaxud digər müvafiq təyinatlı şəxslər olması haqda məlumatlar var. Söhbət hansı ölkələrdən gedir, çox maraqlıdır. Bu, həm də Qarabağ üzərində oyun quranların sayının az olmadığına işarədir.
İstisna deyil ki, 14 ölkənin arasında İranın da adı var.
Asif Nərimanlı

-
Kriminal20:12
"Nərmin işində" ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM
-
Sosial19:55
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ