Qırmızı.az
Hansı dərmanlar vahid qiymətə satılacaq? - VİDEO
Ölkəmizdə dərmanların vahid qiymətə satılması üçün iş aparılır. Bunun üçün ilkin siyahı da tərtib edilib. İlk siyahıya isə Azərbaycanda ən çox alınan və həyati əhəmiyyət daşıyan dərmanlar əlavə edilib. Belə dərmanların qiymətləri araşdırıldıqdan sonra yekun qərarla bu dərmanlar bütün apteklərdə vahid qiymətlə satışa çıxarılacaq.
Azərbaycanda dərmanların vahid qiymətlə satışı üçün daha bir addım atılıb. Səhiyyə Nazirliyi, Tarif Şurası ilə birgə qeydiyyata alınan 4500-dən çox dərman növünün ən çox satılanlarını müəyyənləşdirib.
Yekun qərar qəbul edilmədiyindən ilkin siyahıda olan dərmanların adları hələlik açıqlanmır.
Dərmanların qiymətlərinin müəyyən edilməsi mərhələlərlə davam etdiriləcək. İyunun 9-dan etibarən Tarif Şurası dərman vasitələrinin istehsalçıları və ya onların nümayəndələrindən qiymət bəyannamələrini qəbul edir. Sənədlərə baxılarkən dərmanın orijinallığı və generikləri ilə bağlı Səhiyyə Nazirliyindən məlumat alınır. Qiymət bəyannamələri və tələb olunan sənədlər baxıldıqdan sonra dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Tarif Şurasının iclasının gündəliyinə daxil edilir.
Yekun qərarla dərmanaların vahid qiymətləri müəyyən ediləcək və yeni tariflərin qüvvəyə minəcəyi tarix açıqlanacaq. Hələlik bu qərarın veriləcəyi vaxt açıqlanmır.(Xəzər tv)
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?