ADU-da Yay semestri təşkil olunub
Bizi izləyin

Qırmızı.az

ADU-da Yay semestri təşkil olunub

Azərbaycan Dillər Universitetində (ADU) tələbələr üçün yay semestri təşkil olunub.

ADU-dan Publika.az-a verilən məlumata rektor Səməd Seyidov əmr imzalayıb.

Əmrə əsasən yay semestri beş tədris həftəsindən və bir həftə imtahan sessiyasından ibarət olmaqla 6 iyul 2015-ci il tarixdən 17 avqust 2015-ci il tarixədək keçirilir. Əmrə müvafiq olaraq, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev bu tədris ilinin yay semestrinin rəhbəri təyin olunub. Yay semestrinin müvafiq qaydalara uyğun təşkil olunması, tədrisin keyfiyyətinə nəzarət, tədris olunan fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın, obyektivliyin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi ona həvalə edilib.

Yay semestrinin məqsədi Təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilən intensiv yay kursları vasitəsilə tələbələrə müvafiq kreditlərin toplanması üçün şərait yaratmaqdır. Yay semestrinin təşkili məqsədilə müvafiq kafedralar və müəllimlər tərəfindən sillabus və proqramlar hazırlanıb.

Yay semestrinin rəhbəri Anar Nağıyevin verdiyi məlumata əsasən, yay semestrində dərslər ümumilikdə 13 fənn üzrə aparılır. Fənləri tədris etmək üçün universitetin 12 nəfər peşəkar müəllimləri yay semestrinə cəlb olunub. A.Nağıyev ümumilikdə 195 nəfər tələbənin iştirak etdiyi yay semestrinin gərgin olmasına baxmayaraq, tələbə və müəllimlərin dərsə davamiyyətindən ümumilikdə razılığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm