Zavoddakı partlayışda xəsarət alanlardan biri dünyasını dəyişdi
Bizi izləyin

Qırmızı.az

Zavoddakı partlayışda xəsarət alanlardan biri dünyasını dəyişdi

İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərdən daha bir nəfəri dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, bütün lazımi tibbi müdaxilələrin həyata keçirilməsinə baxmayaraq, bu gün səhər saat 7 radələrində 1971-ci il təvəllüdlü Səttarova Xatirə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib. Hazırda həmin xəstəxanada bu partlayış zamanı xəsarət alan 3 yaralının müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 6-da zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 19 nəfər isə zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Daxil olmuş 19 nəfərdən 13-ü elə həmin gün ambulator yardım göstərildikdən sonar evlərinə buraxılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm