Qubada dəm qazından zəhərlənən institut direktoru Bakıya gətirilib
Bizi izləyin

Qırmızı.az

Qubada dəm qazından zəhərlənən institut direktoru Bakıya gətirilib

Əlişir Musayev Kliniki Tibbi Klinikasının toksiologiya şöbəsinə yerləşdirilib

Əlişir Musayev Kliniki Tibbi Klinikasının toksiologiya şöbəsinə yerləşdirilib

Qubada dəm qazından zəhərlənən Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev Bakıya gətirilib. Əlişir Musayev Kliniki Tibbi Klinikasının toksiologiya şöbəsinə yerləşdirilib.

Şöbədə ona tibbi yardmlar edilir. Əlişir Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.

Qeyd edək ki, bu gün günorta saatlarında Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Bağ evində yaşayan 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev hamam otağında dəm qazından zəhərlənib. O, Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. 65 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, xəstənin vəziyyəti ağır stabildir. Xəstənin Bakıya göndəriləcəyi bildirilib. Hazırda fakt araşdırılır. Qeyd edək ki, tibb elmləri doktoru, professor Ə.Musayev Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktorudur. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm