Mətbuat Şurası naziri mükafatlandırdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurası naziri mükafatlandırdı - FOTO

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mətbuat Şurası tərəfindən “Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə” diplomu ilə təltif edilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən Publika.az-a məlumat verilib.

Konfrans Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 iyun 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı”na əsasən Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm