Bakıya giriş yolu təmir olunur
Bizi izləyin

Qırmızı.az

Bakıya giriş yolu təmir olunur

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu işlər çərçivəsində Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən Su İdman Sarayınadək olan hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir.

Təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata kerçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və Nəqliyyat Nazirliyi, həmçinin “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm