Aydın Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da saat 14:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 59) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən Publika.az-a daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - İsmayıllı, Qəbələ, Şamaxı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 15-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm