Polkovnik: "Cəmiyyət kimin kim olduğunu yaxşı bilir"
Bizi izləyin

Qırmızı.az

Polkovnik: "Cəmiyyət kimin kim olduğunu yaxşı bilir"

İstənilən dövlətdə Daxili İşlər Nazirliyi, polis orqanları cəmiyyət üçün olduqca faydalı və gərəkli bir işlə məşğuldur ki, bu fəaliyyətin nəticələrindən hər bir vətəndaşın təhlükəsizliyi, insan hüquq azadlırlarının təmini, ictimai asayişin, əmin-amanlığın qorunması daha çox asılıdır.

Uzun illər polis orqanlarında xidmət edən, istefada olan polis polkovniki kimi mən də həmkarlarım kimi DİN rəhbərliyinin diqqət və qayğısını hər zaman öz üzərimdə hiss etmişəm. Danılmaz faktdır ki, möhtərəm prezidentimiz cinayətkarlıqla mübarizədə, ictimai asayişin təminində daxili işlər orqanlarının rolunu hər zaman yüksək qiymətləndirib, bu sahədə fərqlənən yüzlərlə əməkdaş müxtəlif dövlət təltiflərinə layiq görülüb, eyni zamanda, Nazirliyin rəhbərliyi tərəfindən dəflərlə mükafatlandırılıb. Elə bu yaxınlarda Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümü ilə əlaqədar xidməti vəzifələrin icrasında fərqlənmiş 41 nəfər ölkəmizin orden və medalları, 3 nəfər ali xüsusi rütbələr, yüzlərlə əməkdaş isə cənab nazirin əmrləri ilə mükafatlandırılıblar.

Lakin o da gizli deyil ki, xidməti vəzifələrin icrasına səhlənkar yanaşan, intizamsızlıq, vətəndaşlarla ünsiyyətdə kobudluq edən, öz hərəkətləri ilə polisin cəmiyyətdəki yüksək nüfuzuna xələl gətirən əməkdaşlar daxili işlər oranlarından xaric edilməyədək ən sərt şəkildə cəzalandırılır, onlar barəsində müxtəlif intizam tənbehi tədbirləri görülür.

İndi bəzi saytların, xəbər portallarının az qala qəhrəman düzəltmək istədikləri, guya, lazımınca müdafiə etmədiklərinə görə rəhbərliyi əsassız yerə qınadıqları Cavanşir Qasımov da məhz vətəndaşlarla münasibətdə sistematik olaraq kobudluğa, onların haqlı narazılığına səbəb olan neqativ hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad olunub. Bu şəxs təqaüd hüququ əldə etməsi ilə əlaqədar özü raport verərək xidmətdən xaric olunub, yəni onu bu addıma heç kim məcbur etməyib, adam özü yüksək təqaüdlə təmin olunacağı üçün könüllü olaraq belə qərara gəlib.

Neqativ hərəkətlərə yol verənlərin polis sıralarından xaric edilməsi, qanunçuluğu qorunması istiqamətində DİN rəhbərliyinin, şəxsən daxili işlər nazirinin prinsipial mövqeyi dəstəklənməli, təqdir edilməli olduğu halda bəzi mətbuat orqanları nədənsə işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən kənarlaşdırılan polis əməkdaşlarına yersiz canıyananlıq edir, onları cəmiyyətə az qala qəhrəman obrazında təqdim etməyə çalışırlar. Şəxsi maraqlara xidmət edən belə yanaşma tərzi olduqca ziyanlıdır.

Mətbuat cəmiyyətin güzgüsüdür və o, baş verən proseslər, hadisələr barədə vətəndaşlara obyektiv məlumat verməyə borcludur. Amma təəssüf ki, bəzi KİV-lər bu missiyaya xəyanət edir, necə deyərlər, öz məkrli niyyətlərini həyata keçirmək üçün fürsət axtarırlar. Amma belə cəhdlər əbəsdir. Cəmiyyət kimin kim olduğunu yaxşı bilir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm