Açıq Hökumətin təşviqinə həsr olunmuş milli konfrans keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Açıq Hökumətin təşviqinə həsr olunmuş milli konfrans keçiriləcək

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi may ayında “Açıq Hökumətin təşviqi - Vətəndaş Cəmiyyəti və Hökumət Dialoqu” adlı milli konfrans keçirəcəkdir.

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi may ayında “Açıq Hökumətin təşviqi - Vətəndaş Cəmiyyəti və Hökumət Dialoqu” adlı milli konfrans keçirəcəkdir.

İctimai birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi Açıq Hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planın icrasını, bu istiqamətdə vətəndaş cəmiyyətinin və hökumətin əldə etdiyi uğurları, eyni zamanda mövcud problemlərin həll yollarını müzakirə etməkdir. Layihədə ən önəmli məqsədlərdən biri hökumətlə vətəndaş cəmiyyətinin dialoqunun təşkilidir və konfransda beynəlxalq təcrübədən faydalanaraq müsbət elementlərə nəzər salınmasına səy göstəriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşacaq layihədə beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, diplomatlar, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı nəzərdə tutulur. Müzakirələr zamanı irəli sürülən təkliflər müvafiq qurumlara təqdimat ediləcəkdir./Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm