Millət vəkili Tovuzlu gənclərlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Tovuzlu gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzlu gənclərlə görüşüb.

Publika.az xəbər verir ki, "Türk dövlət və toplumlarını yaxından tanıyaq" silsiləsindən təşkil olunan tədbirdə ən böyük əraziyə malik müstəqil türk dövləti Qazaxıstan haqqında maraqlı tanıtım müzakirələri aparılıb.

Qardaş Qazaxıstanla respublikamız, o biri türk respublikaları arasındakı əlaqələr barədə danışılıb. Qardaş Qazaxıstanın lideri Nursultan Nazarbayevin Azərbaycana şəxsi simpatiyasından söz açan Qənirə Paşayeva, onun qiymətli fikirlərinin yer aldığı “Qazaxıstan yolu” kitabının Azərbaycanda nəşr olunduğunu diqqətə çatdırıb, özünün Qazaxıstana səfərlərindən aldığı təəssüratları bölüşüb.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə Azərbaycan dilində nəşr edilən ünlü “Qazaxıstan yolu” kitabını tədbirdə iştirak edən gənclərə hədiyyə edib və onları oxumağa səsləyib.

Millət vəkili həmçinin rayonda bir çox məktəblərin kitabxanalarına da kitab hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, növbəti görüş qardaş Özbəkistanla bağlı olacaq və gənclərimiz qardaş ölkə və toplumları, onlarla əməkdaşlığımızın bu günü və gələcək prespektivləri barədə məlumatlı olmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm