BEGOC Publika.az-a təşəkkür etdi
Bizi izləyin

Qırmızı.az

BEGOC Publika.az-a təşəkkür etdi

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) I Avropa Oyunlarının təbliği üçün göstərdiyi fədakarlığa görə Publika.az informasiya portalına təşəkkür edib.


BEGOC-un direktoru Elçin Səfərovun adından Publika.az-ın redaksiyasına daxil olan məktubda deyilir: “İyunun 28-də keçirilən təntənəli mərasimlə “Bakı 2015 Birinci Avropa Oyunları” başa çatdı. Bu qitə miqyaslı böyük və tarixi tədbirin uğurla reallaşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında bütün dövlət qurumları vahid komanda şəkilində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər.

Azərbaycan üçün böyük əhəmiyyətə malik bu nəhəng beynəlxalq idman layihəsinin keçirilməsində “Publika.az” informasiya portalının əməkdaşlarının da böyük əməyi oldu. Onlar daimi iş rejimində çalışaraq “Bakı 2015 Birinci Avropa Oyunları” layihəsi çərçivəsində ölkəmizə qarşı müsbət imicin formalaşdırılmasında davamlı olaraq böyük fədakarlıq göstərdilər.

Publika.az” informasiya portalında çalışan həmin əməkdaşların peşəkarlığını yüksək qiymətləndirərək, bu layihənin müvəffəqiyyətlə başa çatması münasibətilə hər birini təbrik edirəm”.

Biz də Publika.az informasiya portalı olaraq, I Avropa Oyunlarının ölkəmizdə uğurla və mükəmməl şəkildə keçirilməsi münasibəti ilə BEGOC və şəxsən komitənin direktoru Elçin Səfərovu təbrik edirik.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm