AMEA prezidentindən bu otellə bağlı şikayət – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

AMEA prezidentindən bu otellə bağlı şikayət – FOTOLAR

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Şamaxı Astrofizika Rəsədxanasının ətrafında inşa olunan 5 ulduzlu otelin tikintisinin dayandırılması ilə bağlı ölkə rəhbərliyinə müraciət edib.

Bu barədə Publika.az-a açıqlamasında AMEA-nin Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, sözügedən otelin fəaliyyəti Şamaxı Astrofizika Rəsədxanasının işinə mənfi təsir göstərə bilər. X.Mikayılov deyib ki, Şamaxı rəsədxanasının 5 kilometrlik radiusunda işıq mənbələrinin olması teleskopun fəaliyyətini iflic edə bilər: “Adicə kiçik bina və ya evlərin işıqlandırılması rəsədxananın işinə mənfi təsir göstərir. Təsəvvür edin ki, o boyda böyük otel istifadəyə veriləndən sonra ərazi hansı səviyyədə işıqlandırılacaq. Təbii ki, bütün bunlar da rəsədxananın işini çətinləşdirəcək. Bu, yolverilməzdir”.

Qeyd edək ki, Publika.az Şamaxı rəsədxanası ərazisinin ətrafında hazırda inşa olunan otelin fotolarını çəkib. Həmin fotoları təqdim edirik:

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm