18 dini icmaya maliyyə yardımı ayrıldı
Bizi izləyin

Qırmızı.az

18 dini icmaya maliyyə yardımı ayrıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 18 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Publika.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, islami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Mübariz Qurbanlı dövlətin siyasətində gənclərə diqqət və qayğının xüsusi yer aldığını xatırladaraq, icma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas subyektinin gənclər olmasının vacibliyini tövsiyə edib. Komitə sədri icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib.

Tədbirin sonunda dini icma sədrləri çıxış edərək, bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin, dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm