TQDK ali məktəblərə qəbul şərtlərini açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK ali məktəblərə qəbul şərtlərini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu ilin qəbul şərtlərini açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal ( minimum 10 bal) məhdudiyyəti tətbiq olunmur.

Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm