Qırmızı.az
“Şamaxı Ensiklopediyası” hazırlanır
Milli Məclisin Şamaxıdan olan deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı keçirilib.
Publika.az xəbər verir ki, millət vəkili E.
Süleymanovun qatıldığı toplantıda iqtisad elmləri namizədi,
professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində 110-dan
artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan
Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix
üzrə fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev,
ensiklopediyanın yaradıcı heyətinin üzvləri iştirak
ediblər.
Tədbirdə millət vəkili Elxan Süleymanov çıxış edib. Bir neçə
gündən sonra 88-ci ad gününü qeyd edəcək Babaxan Niyazlını təbrik
edərək ona cansağlığı, gələcək elmi araşdırmalarında uğurlar
arzulayıb.
Babaxan Niyazlı minnətdarlığını bildirib, Şamaxı ilə bağlı
ensiklopediya yaradılmasını çoxdan arzuladığını, layihənin
gerçəkləşməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini qeyd
edib.
Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə
fəlsəfə doktoru Fuad Babayev Şamaxı ensiklopediyasının elektron
versiyası - www.shamakhi-encyclopedia.az portalının cari işləri ilə
bağlı məlumat verib.
Sonda Elxan Süleymanov Şamaxı ensiklopediyasının Elmi-Redaksiya Şurasının üzvlərinə və yaradıcı heyətə tezliklə işıq üzü görəcək “Şamaxı Ensiklopediyası” kitabı ilə bağlı tövsiyələrini çatdırıb.
Asif
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO