“Azəryolservis” hesabat verdi
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis” hesabat verdi

2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 114,4 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub. Onlardan 44,6 kilometri respublika əhəmiyyətli, 69,8 kilometr yol isə yerli əhəmiyyətlidir.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Göstərilən müddət ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ümumi istifadədə olan avtomobil yollarında tikilən və təmir olunan körpülərin sayı 12 ədəddir. Körpülərdən 10-u yeni tikilib, 2-si isə təmir olunub.

Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Yeni tikilmiş yolların uzunluğu isə 24,2 kilometrdir.

Cari ilin müvafiq dövrü ərzində Bakı şəhəri üzrə tikilmiş körpü və tunellərin sayı 4 ədəddir. Onlardan 2-si körpü, 2-si isə tuneldir. 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində 6 ədəd yerüstü və yeraltı piyada keçidləri də inşa edilib.

Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması üçün yol idarələrinin istehsalat bazalarının gücləndirilməsi məqsədi ilə, son 6 ay ərzində 5 ədəd müxtəlif avtonəqliyyat vasitəsi və yol texnikası alınaraq Yol İstismarı İdarələrinin istifadəsinə verilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində yolların mühafizə zolaqlarında ümumilikdə 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm