Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

Bu gün Təhsil Nazirliyində Milli Mətbuatın 140 illiyi münasibətilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə nazirliyin təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb və nazirliyin internet saytının yeni versiyasının təqdimatı keçirilib.

Tədbirdə çıxış eden təhsil naziri Mikayıl Cabbarov Milli mətbuatımızın formalaşması tarixindən danışıb. “Mətbuatın maarifçilik və müəllimlər arasında tarixi əlaqələri hər zaman olub. Bu gün də istərdik ki, media operativliyə yer ayırdığı qədər maarifləndirməni də diqqətdə saxlamalıdır”.

Mikayıl Cabbarov həmçinin qeyd edib ki, Milli Mətbuatın 140 illik yubileyi münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılması nda fəal iştirak edən jurnalsitlər arasında “Maarifçi mətbuat” devizi altında Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatıdırılması, peşəkar jurnalist yaradıcılığını stimullşadırmaqdır.

Daha sonra çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışladıqlarını bildiriblər.

Sonda müsabiqədə qalib gəlmiş jurnalistlərə mükafatlar təqdim edilib. Qalib jurnalistlər arasında Publika.az-ın da əməkdaşı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm