Bakının gözəllik salonları - hepatit C və QİÇS-in yoluxma mənbəyi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakının gözəllik salonları - hepatit C və QİÇS-in yoluxma mənbəyi - VİDEO

Tatu döydürən və gözəllik salonlarından istifadə edənlər daha ehtiyatlı olsun. Əks təqdirdə, hepatit və QİÇS kimi xəstəliklərə yoluxma təhlükəsi var.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin əməkdaşlarının reydləri belə göstərir.

Sterilizə olunmamış iynələrlə müştərilərə tatu vururlar. Bu azmış kimi, salonda bütün xidmətlər natəmiz şəraitdə həyata keçirilir.

Görüntülər paytaxtın Səbail rayonunda fəaliyyət göstərən gözəllik və tatiurovka salonlarındakı reyddəndir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarının 2 obyektə baxışı dəhşətli mənzərəni üzə çıxarıb.

Reyd zamanı tatiurovka salonlarında sterilizə aparatlarının olmadığı aşkar edildi. Reyddə tatuda istifadə edilən yararlıq müddəti ötmüş məhlullar da ortaya çıxarılıb. Gözəllik salonunda isə müştərilərə natəmiz vəziyyətdə olan alətlərlə xidmət göstərildiyi məlum olub.

Səbail rayonu Nizami və Tərlan Əliyarbəyov küçələrində yerləşən bu salonlardan istifadə edənlər diqqətli olmalıdırlar. Vəziyyət göstərir ki, burada QİÇS və Hepatit kimi xəstəliklərə yoluxma ehtimalı yüksəkdir. Salonlarda aşkar edilən faktlarla bağlı sahibləri Zərifə Samuyeva və Telman Əliyarbəyov 1500-2000 manat arasında cərimə olunublar. Onların obyektləri də bağlanılacaq. (xəzərxəbər)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm