Qırmızı.az
4 rayonda protez-ortopedik bərpa xidməti təşkil olunacaq
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir.
Publika.az xəbər verir ki, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən iyulun 23-də saat 9.00-dan 13.00-dək Saatlı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək İmişli rayon ƏSMM-nin inzibati binalarında, iyulun 24-də saat 9.00-dan 13.00-dək Beyləqan və saat 14.00-dan 18.00-dək Füzuli rayonlarının mərkəzi xəstəxanalarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstəriləcək. Xidmət göstəriləcək şəxslər əvvəlcədən qeydiyyata alınıb və onlar ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunacaqlar.
Cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 37 rayon və şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edilib və 1500 nəfərə yaxın şəxsə müvafiq xidmətlər göstərilib.
Gülnar
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi
-
Magazin28 Noyabr 21:12
Cennifer Lopez Şahzadə Diana kimi geyindi - FOTOLAR
-
Sosial8 Noyabr 21:00
Bakıda möhtəşəm Zəfər atəşfəşanlığı - VİDEO