Zakir Həsənov səfiri qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov səfiri qəbul edib

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviçlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Ölkəmizdə olduğu müddətdə səfirlə əvvəlki görüşlərini xatırladan Müdafiə nazir diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm