Polis qovur, onlar qaçır: Əhmədlidə qaraçıların qaçdı-tutdu oyunu – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Polis qovur, onlar qaçır: Əhmədlidə qaraçıların qaçdı-tutdu oyunu – FOTOLAR

Artıq bir neçə gündür 10-a yaxın qaraçı metronun “Əhmədli” stansiyasının girişinin qarşısına toplaşaraq, burada dilənçiliklə məşğul olur, sərnişinlərdən pul istəyirlər.

Publika.az xəbər verir ki, 6 uşaqdan və bir neçə qadından ibarət olan bu dəstənin üzvləri polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılsalar da, çox keçmədən yenidən ora toplaşırlar. Dilənən uşaqlardan üçü yerdə oturaraq küçədə keçənlərdən nəzir yığır. Üç uşaq isə metrostansiyadan çıxan, habelə keçidə daxil olan sərnişinlərin qarşısını kəsərək, onlardan pul istəyir. Onları ərazidə diləndirən üç qadın isə uşaqlara kənardan nəzarət edirlər. Qaraçı dəstəsi dünən polis tərəfindən ərazidən kənarlaşdırılıb.

Dilənçi uşaqlardan bir neçəsi 51 saylı marşrut avtobusuna minərək ərazini tərk etsələr də, onlardan bəziləri günün ikinci yarısında yenidən metrostansiyanın qarşısına toplaşaraq dilənçiliklə məşğul olublar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm