Qırmızı.az
3 mindən çox uşaq vaxtından əvvəl məktəbə getmək istəyir
Bakı Şəhəri üzrə Təhsil İdarəsininn tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr bu gündən etibarən başlanııb.
BŞTİ-dən Publika.az-a verilən məlumata görə,
proses avqustun 3-nə qədər davam edəcək.
Müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta
məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə
getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr)
övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi
mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.
Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə
məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda
övladını 42 nömrəli məktəbə gətirməlidir.
Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş
məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş
şagirdlər isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə
dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər.
Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada
malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.
Hazırda 3309 nəfər qediyyatdan keçib, onlardan 2681 nəfər
müsahibədə iştirak üçün buraxılış vərəqəsi, 628 nəfər isə təhsil
nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə
fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair
sertifikat əldə edib.
Qeyd edək ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.
Gülxar
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ