Qırmızı.az
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti jurnalistləri mükafatlandırdı - FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu gün Azərbaycan Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən
Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan dövlətinin
mətbuata xüsusi diqqətindən danışıb: “Prezident cənab İlham Əliyev
Azərbaycan mətbuatına həmişə xüsusi qayğı göstərir. Cənab
Prezidenti Milli Mətbuatın 140 illiyi ilə bağlı imzaladığı sərəncam
jurnalistlərimizə dövlətin diqqətinin bariz nümunəsidir. Bizim
Xidmət həmişə mətbuatla sıx əməkdaşlıq edir və bundan sonra da belə
olacaq. Lakin əlaqələrimizi daha da genişləndirmək lazımdır.
Xüsusilə mətbuat vətənpərvərliyin təbliğini genişləndirməli,
gənclərin milli ruhda inkişafı üçün çalışmalıdır”.
General-leytenant informasiya yayımında neqativ hallara da toxunub.
Bildirib ki, bir sıra media orqanları dövlət sirri anlayışını tam
dərk etmir və buna zidd olaraq, informasiyaların yayılmasına
cəhdlər göstərirlər.
“Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ilə jurnalistlər
bu tipli neqativ hallara qarşı birgə mübarizə aparmalıdır. Hər bir
qurumda çatışmazlıqlar, müəyyən neqativ hallar ola bilər. O
cümlədən bizim Xidmətdə də müəyyən çatışmazlıqlar mövcuddur. Bu cür
hallara qarşı biz birgə mübarizə aparmalıyıq”, - deyə Xidmət rəisi
vurğulayıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
ilə fəal əməkdaşlıq edən bir qrup jurnalistə Fəxri fərman və
qiymətli hədiyyələr təqdim olunub.
Mükafatlandırılanlar arasında Publika.az informasiya portalının da
əməkdaşı var.
Asif
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO