Tikinti şirkətinin “qurbanlar”ı evlə təmin olunacaq - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Tikinti şirkətinin “qurbanlar”ı evlə təmin olunacaq - AÇIQLAMA

Xəmsə” və Birlik” MMC tikinti şirkətlərinin rəhbər şəxsləri tərəfindən vətəndaşlara dəymiş ziyanın ödənilməsi tərəfimizdən diqqət mərkəzində saxlanılır”.

Publika.az xəbər verir ki, bu barədə 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, “Xəmsə” və Birlik” MMC-nin rəhbəri barəsində axtarış elan olunub: “Həmin işlə bağlı bir neçə nəfərin barəsində hökm çıxarılıb. Xırdalanda vətəndaşlara yer ayrılıb, tikinti işləri aparılır. Mülki qaydada vətəndaşlar tikintini aparan şirkətlə müqavilə bağlayıblar. Biz də vətəndaşlara dəymiş ziyanın ödənilməsini nəzarətdə saxlayırıq”.

Kamran Əliyev qeyd edib ki, tikinti şirkətlərində son illər yeni problemlər aşkarlanmır: “Hazırda araşdırılan faktlar 2006-2007-ci illərdə baş vermiş pozuntularla bağlıdır. Biz məsləhət görərdik ki, tikilən mənzillərin reysteri aparılsın, vətəndaş aldığı mənzilin “təmiz” olduğunu araşdıra bilsin. Çünki bəzən vətəndaşlar tanımadığı şəxslərlə əlaqəyə girərək ev alırlar. Bu da problemlər yaradır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm