Qırmızı.az
AZAL bəzi reyslərini bağlayacaq - RƏSMİ - FOTO (YENİLƏNİB)
“Hər bir təyyarənin səmərəli uçuşu üçün maya dəyəri hesablanır. Bu endirim hətta bəzi reyslərin bağlanmasına səbəb olacaq”.
Publika.az xəbər verir ki, bu sözləri “AZAL”QSC-nin sərnişin aviaşirkətin direktoru Eldar Hacıyev qiymətlərin endirilməsinin cəmiyyətdə birmənalı qarşılanmaması və endirimin daha çox olması istəklərinə münasibət bidirərkən deyib.
Onun sözlərinə görə, endirim barədə İqtisadiyyat və Sənaye və Maliyyə nazirliklərinə məlumat verilib.Bundan aşağı endirim etmək mümkün deyildi.
“İki saatlıq reysdə 99 avroya uçmaq heç də baha deyil. Bundan başqa, 106 nəfərlik reysdə 100-dən az sərnişin olsa, biz xərcləri ödəyə bilməyəcəyik”.
Qeyd edək ki, “AZAL” ötən gün verdiyi açıqlamada qiymətlərin endirilməsi ilə bağlı məlumat yayıb. Məlumata əsasən, Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə, Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı – bu ilin oktyabından başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı – bu il oktyabrdan başlayaraq hər gün bir uçuş həyata keçiriləcək. Bu reyslərin seçilməsinin səbəbi azərbaycanlıların məhz bu regionlara olan marağıdır.
Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Şirkətin vitse-prezidenti Arif Məmmədov isə qiymət endirimlərinə aydınlıq gətirib:
“Qiymət endirimindən sonra, 99 avroya olan uçuşlarda sərnişinlər yalnız əl yükü götürə biləcək. Baqaj yükü üçün əlavə ödəniş olacaq. Hər bir uçuş zamanı 50 manat baqaj yükü, geri dönüşdə isə 50 dollar baqaj pulu ödəniləcək. Bu qiymət 23 kiloqrama qədər yüklərə aid edilir”.
Onun sözlərinə görə, aşağı büdcəli uçuşlar üçün təyyarələr kifayət qədər deyil.
“Ona görə də, aşağı büdcəli reyslərimiz üçün təyyarələrin sayı məhduddur. Lakin istənilən xarici şirkətlər öz aşağı büdcəli reyslərini təşkil edə bilər. Bundan başqa, son dəyişiklikdən sonra qiymət ucuz reyslər üçün 274-dən 238-ə, ən bahalı 504-dən 468 avroya endirim oldu”.
Qiymətlərin nə üçün avro ilə olmasına gəldikdə, vitse-prezident bütün avro zona ölkələrində bu valyuta ilə aparıldığını dedi.”2006-cı ilə qədər dollarla satılırdı. Lakin həmin ildən sonra Avrozonada uçuşlar avro ilə həyata keçirilir. Yalnız Türkiyədə dollar sistemi saxlanılıb”.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!