Macarıstan aviaşirkəti AZAL-la razılaşmadı
Bizi izləyin

Qırmızı.az

Macarıstan aviaşirkəti AZAL-la razılaşmadı

“3-4 il əvvəl regionlardan xaricə uçmaq istəyənlər mütləq Bakıya gəlməli idi. Bu gün isə Gəncə, Naxçıvan və s. regionlardan uçuş mümkündür”.

Bu sözləri “AZAL”QSC-nin sərnişin aviaşirkətin direktoru Eldar Hacıyev xarici aviaşirkətlərin regionlara uçuşuna icazə verilməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Macarıstanın aviaşirkəti ilə yaranan problem AZAL-la yox, məhz həmin aviaşirkətlə bağlıdır.

“İki dövlət arasında saziş olmadan belə onlara uçuşa icazə verildi. Bu ölkənin şirkəti yalnız yayda uçuşlar həyata keçirir. Bu il müqavilə bağlamaq istədik, lakin uçuşların qışda da həyata keçirilməsi ilə bağlı şərt qoyduq. Şirkət bununla razılaşmadığına görə biz də uçuşlara məhdudiyyət yaratdıq. Onlar Avropanın müxtəlif ölkələrində də belə problemlər yaradıblar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm