Təqaüdlərin verilməsində dəyişiklik edildi
Bizi izləyin

Qırmızı.az

Təqaüdlərin verilməsində dəyişiklik edildi

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin verilməsində dəyişiklik edilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu ölkədə təhsil alan tələbələrin təqaüdlərinin funt-sterlinqdə verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişiklik edilib.


Son dövrdə Avropa ölkələrində baş verən maliyyə böhranı nəticəsində avronun məzənnəsində müşahidə olunan dəyişikliklər Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərimizin maddi vəziyyətinə də mənfi təsir göstərib. Tələbə və valideynlər tərəfindən Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlər də nəzərə alınmaqla, 2015-2016-cı tədris ilindən etibarən Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin keçmişdə olduğu kimi avro ilə deyil, funt-sterlinqdə verilməsi təklif Təhsil Nazirliyi və Dövlət Neft Fondunun birgə vəsatəti əsasında qaldırılıb. Nazirlər Kabinetinin 268 nömrəli 21.07.2015-ci il tarixli Qərarı ilə qaydalarda dəyişiklik edilib.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm