Qırmızı.az
Nazir avtobuslarda nəzarət sistemini gücləndirir
Bakı şəhərinin ictimai nəqliyyatında avtobusların hərəkət sürətinə nəzarət sistemi tətbiq oluna bilər.
AzərTAc xəbər verir ki, bu barədə nəqliyyat naziri Ziya Məmmədov
məlumat verib. İctimai nəqliyyatın tam şəkildə özəl sektora məxsus
sahə olduğunu deyən nəqliyyat naziri bildirib ki, avtobus
sürücülərinin mədəniyyət problemi ən ağrılı məsələlərdəndir. Bu
sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, yəni şirkət
rəhbərləri avtobus sürücülərinin sərnişinlərə mədəni şəkildə xidmət
göstərməsinə məsuliyyət daşıyırlar. Nəqliyyat Nazirliyi bununla
bağlı dəfələrlə xəbərdarlıq edib, müvafiq tövsiyələr verib.
Nazir qeyd edib ki, hər sürücüyə fərdi nəzarətçi təyin etmək mümkün
deyil: “Hər bir kəs normativlərə, cədvəllərə əməl etməlidir. Biz
sərnişinlərin təhlükəsiz daşınması ilə bağlı işlər aparırıq və
avtobuslarda sürət həddinin müəyyən edilməsi də bu tədbirlər
sırasındadır. Hazırda sınaq aparılır, əgər nəticələri uğurlu
olarsa, paytaxtın ictimai nəqliyyatında bütün avtobuslarda bu qayda
tətbiq olunacaq”.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI