1.4 milyon insanın ölümünə səbəb olan xəstəlik - SOS
Bizi izləyin

Qırmızı.az

1.4 milyon insanın ölümünə səbəb olan xəstəlik - SOS

Hepatit hər il 1.4 milyon insanın ölümünə səbəb olur.

Publika.az xəbər verir ki, bu barədə məlumat yayan Ümumdünya Səhiyyə Təşkilatı ölkələri hepatitlə mübarizəyə səsləyib.

Təşkilatın məlumatına görə, 5 növ hepatit xəstəliyi olsa da, B və C hepatiti qaraciyər xərçəngindən ölümlərin 80%-ni təşkil edir.

Narkotik istifadəçiləri arasında eyni iynənin təkrar istifadə edilməsinə görə, hər il 2 milyon insan hepatitə yoluxur. ÜST-nin bəyanatına görə, birdəfəlik istifadəlik iynələr müəyyən qədər virusun yayılmasının qarşısını ala bilər.

Qan və digər bədən suları ilə keçən hepatit B isə qaraciyərə təsir edir və xroniki xəstəliklərə səbəb olur.

Dünyada təxminən 240 milyon nəfər hepatit B virusunu daşıyır. Serroz və qaraciyər çatışmazlığına səbəb olan hepatit B-yə görə hər il 780 min nəfər ölür. Bunun qarşısını almaq üçün uşaqlar doğulandan 24 saat sonra onlara hepatitə qarşı peyvənd edilməlidir. Hepatit B ən çox Afrika və Şərqi Asiya ölkələrində geniş yayılıb.

ÜST-nin məlumatına görə, dünyada 150 milyon insan hepatit C daşıyıcısıdır. Hər il 500 min insanın ölümünə səbəb olan Hepatit C-nin peyvəndi yoxdur. Bu xəstəlik də əsasən, təkrar istifadə olunan iynə və steril olmayan avadanlıqlardan istifadə etməklə yayılır.

Hepatit A və E isə əsasən, insan nəcisi ilə kirlənən su və qidaları qəbul etməklə bulaşır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm