Qırmızı.az
Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul başa çatdı
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına 2015-2016-cı tədris ili üzrə tələbə qəbulu başa çatıb.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə,
filialda ilk tədris ilində təhsil alacaq 100 tələbə artıq
müəyyənləşdirilib. Tələbələrin 54-ü Bakı şəhərində, 14-ü Gəncədə,
qalan 32-si respublikanın digər regionlarında orta təhsil alıb.
Onlardan 89 nəfəri orta məktəbi rus dilində, 11 nəfəri Azərbaycan
dilində başavurub. Filialda tədris rus dilində aparılacaq.
Filialın Elmlər Akademiyası şəhərciyində yerləşən binası tibb
təhsili üçün müəyyənləşdirilmiş standartlara uyğun müasir
avadanlıqlarla təchiz olunur. Burada ixtisas fənləri üzrə dərsləri
Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti
aparacaq. Humanitar və xarici dil fənləri üzrə dərsləri isə
Azərbaycanın ali təhsil müəssisələrindən müsabiqə yolu ilə seçilmiş
müəllimlər tədris edəcək.
Xatırladaq ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin komissiyası tərəfindən filiala aparılan qəbul
imtahanlarına TQDK-nın IV qrup üçün keçirdiyi test imtahanlarında
350 və daha artıq bal toplayan abituriyentlər buraxılıb. Həmin
abituriyentlər internet üzərindən onlayn olaraq Birinci Moskva
Dövlət Tibb Universitetinin yaratdığı komissiyaya rus dili və kimya
fənlərindən imtahan veriblər.
Filialda tədris Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında keçiriləcək və məzunlara həmin ali təhsil ocağının diplomu təqdim olunacaq.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ