Dövlət Gömrük Komitəsi: GMO-lar ölkəyə buraxılmır
Bizi izləyin

Qırmızı.az

Dövlət Gömrük Komitəsi: GMO-lar ölkəyə buraxılmır

Dövlət Gömrük Komitəsi bəzi elektron kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş məhsulların ölkə ərazisinə gətirilməsilə bağlı yanlış məlumatların yayıldığını nəzərə alaraq diqqətə çatdırır ki, Azərbaycan Respublikasında geni dəyişdirilən məhsullarla əlaqədar qəbul edilmiş qanunlardan irəli gələn və gömrük orqanlarına aid edilmiş səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər həyata keçirilir və geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmir.

Komitədən Publika.az-a verilən məlumata görə, kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

Hazırda geni modifikasiya olunmuş məhsulların ölkə ərazisinə buraxılmaması sahəsində müvafiq tədbirlər davam etdirilməklə yanaşı, gömrük orqanları səmərəli yoxlamaların aparılması üçün daha müasir stasionar laborator avadanlıqlarla, eləcə də ekspress PCR laborator cihazlarla təchiz olunur, bu sahədə səlahiyyəti olan digər qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm