Kollecdə oxumaq istəyən gözdən əlillər üçün sənəd qəbulu başladı
Bizi izləyin

Qırmızı.az

Kollecdə oxumaq istəyən gözdən əlillər üçün sənəd qəbulu başladı

Gözdən əlillər üçün sənəd qəbulu başladı.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, 2015/2016-cı tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər sənədləri avqusutn 11-dək TQDK-ya (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ) və ya TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086) , “Abituriyentin elektron ərizəsi” (1-30 aprel tarixdə elektron ərizəsini təsdiq etmiş abituriyentlər) ərizələrini təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə 2015-ci il 2 iyul tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.

Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.

1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına qəbul 2014/2015-ci tədris ilindən başlayaraq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm