Qırmızı.az
Komitə özünü yandıran məcburi köçkünlə bağlı məlumat yaydı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonundan olan məcburi köçkün Sahib Nəsirovun özünü yandırması ilə bağlı məlumat yayıb.
Komitədən Publika.az-a verilən məlumatda
bildirilib ki, bu günlərdə Ağdam rayonundan olan məcburi köçkün
Nəsirov Sahib İsmayıl oğlu içkili vəziyyətdə Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə
sektoruna qələrək ona mənzil verilməsini tələb edib. Lakin ona
verilən heç bir izahatı dinləməyərək özünə yüngül yanıq xəsarətləri
yetirib.
Verilən məlumata görə, Sahib Nəsirov 4 nəfər ailə üzvü ilə
birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsi-29
ünvanında özünəməxsus şəxsi evdə yaşayıb. 2015-ci ilin yanvar
ayında həmin evi sataraq qonşuluqda kirayədə yaşayıb.
Sahib Nəsirov mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməyib. Onun bu cür məsuliyyətsiz hərəkəti isə dövlət tərəfindən məcburi köçkünlərə göstərilər diqqət və qayğıya kölgə salmaqdan başqa bir şey deyil.
Ölkənin kütləvi informasiya vasitələrində, müxtəlif televiziya
kanallarında, "Dövlətqaçqınkom"un rəhbərliyinin qəbullarında
məcburi köçkünlərə dəfələrlə məlumat verilməsinə baxmayaraq, çox
təəssüflər olsun ki, bəziləri bu deyilənlərdən, xəbərdarlıqlardan
nəticə çıxarmaq əvəzinə, mənzil əldə etmək üçün müxtəlif
qeyri-qanunu yollara əl atırlar.
Gülxar
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər