Ödənişsiz hüquqi yardım xidmətləri genişləndirilsin - Təkliflər
Bizi izləyin

Qırmızı.az

Ödənişsiz hüquqi yardım xidmətləri genişləndirilsin - Təkliflər

Ödənişsiz hüquqi yardım xidmətlərinin genişlənməsinə ehtiyac var

dənişsiz hüquqi yardım xidmətlərinin genişlənməsinə ehtiyac var

Konstitusiya Araşdırmalar Fondu tərəfindən “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi çərçivəsində aparılan sorğunun nəticələri göstərib ki, əvvəlki illərlə müqayisədə vətəndaşla rın ödənişsiz hüquqi yardım almaq imkanları artsa da, bu istiqamətdə əlavə tədbirlərə ehtiyac var

Publika.Az xəbər verir ki, “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsi çərçivəsində vətəndaşların hüquq xidmətləri ilə bağlı ehtiyaclarının öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib. Sorğu “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən 3500 respondent arasında keçirilib.

Fondun ofisində keçirilən tədbirdə sorğunun nəticələri təqdim olunub. Fondun eksperti Zaur İbrahimli bildirib ki, respondetlər barəsində demoqrafik məlumatların toplanması, hüquqi yardım, vəkil xidmətlərindən istifadə, habelə hüquqi xidmətə ehtiyacları qiymətləndirmək məqsədilə 12 sualdan ibarət sorğu anketindən istifadə edilmişdir. Sorğuda iştirak edən 57,5%, 42,5% qadınlar təşkil edib. Tədqiqatın nəticələrin görə respondetlərin 56,1% bildirib ki, zərurət olduğu halda haradan hüquqi yardım ala biləcəyi barədə qismən məlumata malikdir. 17,4 faizi isə məlumatlı olduğunu qeyd edib. Respondentlərin 26,5% isə bu barədə heç nə bilmir.

Zərurət olduğu hallarda haradan hüquqi yardım ala biləcəyi barədə məlumatlı olduğunu bildirən respondetlərin 56%-dən çoxu bu yardımı əsasən 3 mənbədən Ədliyyə Nazirliyi, Ombudsman və polisədən ala biləcəyini düşünürlər.Rəyi soruşulanların 382 nəfəri isə QHT-lərdən hüquqi yardım ala biləcəyi qənaətindədir.

Respondetlərin zərurət olduğu halda hüquqi yardımla bağlı məlumat almaq üçün hara müraciət etmələri ilə bağlı cavabları göstərir ki, onlar bu məsələ ilə məlumatlı deyillər. Cavabların təhlili respondentlərin 48,5%-nin hüquqi yardımın göstərilməsi ilə bağlı bir o qədər də aidiyyatı olmayan qurumlara müraciət etməyi düzgün hesab edir.

Gözlənildiyi kimi hüquq xidmətləri almaqla bağlı məlumatların əsas mənbəyi kimi internet (36.3%), respondentlərin yaxın ətrafı (iş yoldaşları, dostlar, tanışlar) 29,8% çıxış edir. Respondentlərin 13,0%-i isə hüquqi xidmətlərlə bağlı məlumatı QHT-lərdən alırlar.

Bununla yanaşı, müxtəlif dövlət orqanları da hüquq xidmətlərininin göstərilməsi barədə məlumataların əldə edilməsində informasiya mənbəyi kimi çıxış edir.

Respondetlərin böyük əksəriyyəti 80,4%-i hesab edir ki, hüquq xidmətlər çox zəruridir.Respondentlərin 57,2%-i öz bölgələrində vəkil tanıdığını bildirib. Göründüyü kimi yaşadığı rayonda vəkil tanımayanların sayı kifayət qədər yüksəkdir. Baxmayaraq ki, respondentlər tərəfindən hüquq xidmətlərinə ehtiyac səviyyəsi yüksək qiymətləndirilsə də, real olaraq yaşadığı rayonda vəkil tanıyanların sayı bu ehtiyac səviyyəsinə adekvat deyil.

Son 3 ildə hüquqşünas və vəkil xidmətlərindən istifadə etməyənlərin nisbəti 59,9% təşkil edib. Respondentlərin 61,4%-i müraciət etdiyi hüquqşünasın, vəkilin Bakı şəhərində fəaliyyət göstərdiyini bildirib.Məhkəməyə müraciət etdiklərini bildirən 1381 respondentin 52,6%-i (727 nəfər) vəkil tutmadığını bildirib.

Respondentlər daha çox ilkin hüquqi məsləhət (41.1%), sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi xidmətləri (35,7%) daha vacib hesab edirlər.Respondentlərin yalnız 34,2% pulsuz hüquqi yardım xidmətindən istifadə etdiyini bildirib. Pulsuz hüqusi yardımdan istifadə etdiklərini bildirən 1198 nəfərdən 30,5%-i bu yardımı Ədliyyə Nazirliyi Regional Hüquq Məsləhətləri Mərkəzindən, 24,6%-i Ombudsman Regional Mərkəzindən, 22,5%-i Qeyri-hökumət təşkilatlarından, 14,4%-i Uşaq və Ailələrə Dəstək Mərkəzindən və 8,0%-i vəkildən aldığını göstərib.

Nəticələrin təqdimatdından sonra müzakirələrə start verilib. Müzakirələr zamanı qeyd olunub ki, vətəndaşalrın hüquq xidmətlərinin haradan ala biləcəkləri ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirlərinin miqyasının və əhatə dairsəinin genişləndirilməsi. Xüsusən bu sahədə internet medianın imkanlarından daha geniş istifadə olunmasına ciddi ehtiyac var.

Ödənizsiz hüquqi yardım xidmətlərinin əhatə dairəsi və miqyasının genişləndirilməsi və bu barədə əhalinin məlumatlandırılması üçün əlavə tədbirlər görülməsi vacibdir. Sorğunun nəticələri onu deməyə əsas verir ki, bu xidmətlər barədə əhalinin məlumatlılıq səviyyəsi yetərincə deyil.

Ümumilikdə isə ödənişsiz hüquqi yardımın göstərilməsinin tənzimlənməsi, bununla bağlı qanun qəbulu vətəndaş hüquq və azadlıqlarının qorunması, hüquq xidmətlərinin əlçatanlığının təmin edilməsi sahəsində hazırda müşahidə edilən problemlərin həlli üçün çox əhəmiyyətli addım olardı. Eyni zamanda bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə yol açardı. Digər tərəfdən vətəndaşların, xüsusilə imkansız təbəqəyə məxsus vətəndaşalrın keyfiyyətli hüquqi yardım almasını şərtləndirərdi. İndiki halda əvvəlki illərlə müqayisədə ödənişsiz hüquqi yardım almaq imkanlarının daha da genişləndiyi müşahidə edilir.

Həmçinin bölgələrdə vəkillərin sayının az olması da aktual məsələ kimi qarşıda durur. Bu problemin həllinə yardım göstərilməsi üçün vəkil köməkçiləri institunun inkişaf etdirilməsi məqsədəuyğun olardı.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm