Bu gün hərbi məktəblərə qəbul imtahanı keçirilir
Bizi izləyin

Qırmızı.az

Bu gün hərbi məktəblərə qəbul imtahanı keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirir.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq. Saat 11-də başlanacaq imtahan 2 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm