Qabiliyyət imtahanlarında iştirak edə bilməyənlərlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Qabiliyyət imtahanlarında iştirak edə bilməyənlərlə bağlı AÇIQLAMA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən, lakin qabiliyyət imtahanlarında iştirak edə bilməyən abituriyentlərin hansı hallarda yenidən qabiliyyət imtahanı verə biləcəyini açıqlayıb.

Trend-in məlumatına görə, M.Abbaszadə bu gün abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar keçirdiyi videokonfrans zamanı deyib ki, qabiliyyət intahanlarının keçirilməsi cədvəli əvvəlcədən elan edilir: "Lakin əgər hansısa abituriyent qabiliyyət imtahanlarında iştirak etməyibsə, onun üçün yenidən imtahan keçirilmir. Belə abituriyentlər üçün imtahan yalnız bu halda yenidən keçirilə bilər ki, abituriyent qabiliyyət imtahanlarının keçirildiyi gün xarici ölkədə hansısa vacib yarışda iştirak etsin. Bu zaman abituriyentin yarış nəticələri nəzərə alınmaqla apelyasiya zamanı qabiliyyət imtahanı keçirilir".

M.Abbaszadə bildirib ki, bütün imtahanlar bitdikdən sonda onlarla bağlı apelyasiya şikayətlərinə baxılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm