Qırmızı.az
"Sovetski"dəki tarixi abidələrin taleyi necə olacaq?- Rəsmi izahat
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev
sökülməsi nəzərdə tutulan "Sovetski" adlanan yaşayış
ərazisindəki(Bayırşəhər) tarixi abidələrin taleyinin necə olacağına
münasibət bildirib.
Publika.Az-ın verdiyi xəbərə görə, nazir deyib ki, hər tarixi
abidənin öz əhəmiyyəti var. Bəzi abidələr ölkə, bəziləri isə yerli
əhəmiyyətli olur: "Hər tarixi abidənin taleyinə ayrıca baxılacaq.
Yeni tikililərin inşası, yolların genişləndirilməsi, şəhərlərin
inkişafı bütün dünyada müşahidə olunan prosesdir və bunlar
istər-istəməz tarixi abidələrlə müəyyən bir ziddiyyət təşkil edir.
Ona görə də məsələlərə həssaslıqla yanaşmaq, ölkə əhəmiyyətli tarxi
abidələri bərpa etmək, qorumaq, onlar ətrafında mədəni mühiti
formalaşdırmaq bir məqsəd olaraq qarşımızda dayanır".
Ə.Qarayev qeyd edib ki, müvafiq dövlət orqanları ilə birlikdə bu məsələlərə baxılır, siyahılar tərtib olunur.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?