Metropolitendən köşklərin yığışdırılması barədə - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Metropolitendən köşklərin yığışdırılması barədə - AÇIQLAMA

Bu gün metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı barədə yayılan məlumatlarla bağlı xəbər verimişdik.

Bu gün metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı barədə yayılan məlumatlarla bağlı xəbər verimişdik.

Metropoliteni mətbuat xidmətindən “Qafqazinfo”ya bu barədə açıqlama verilib.

Açıqlamada bildirilir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndi.

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm